Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3 min illik məzar və mumya canı yayımda açıldı - Video

Bazar günü ABŞ-ın "Discovery Channel" kanalının canlı yayımında 3 min illik mumiya məzarı nümayiş olundu. Məzardan qızıl və qiymətli əşyalar var idi.

Bizimyol.info xəbər verir ki, Qədim Misir imperiyasında baş kahin olan bir mumyanın müayinəsi bazar günü iki saatlıq canlı yayımda tamaşaçılara göstərildi. Nil çayının yaxınlığında və Qahirədəki Giza piramidalarının cənubunda olan Minyadan canlı yayım edildi. Arxeoloqlar 40 yeni mumiyadan birini araşdırdılar. Şaquli tunellərin yeraltı şəbəkəsindəki mumiyaların nəcib və elit tayfalardan birinə aid olduğu güman edilir.

Tünellərdə mumyaların ətrafında heykəlciklər, zərgərlik, şəxsi əşyalar və orqanlar qoyulmuş kasalar yerləşdirilib. Tunellərin sonunda tapılan naxışlı məzar orada dəfn olunanın mühüm bir insana aid olduğunu göstərir. Məzarı açarkən ağır qapağı qaldırmaq üçün bir neçə nəfərn köməyinə ehtiyac yaranaıb.

Baş kahinə aid olduğu təsbit edilən məzar və adamın mumyası ilk olaraq canlı yayımda tamaşaçıların gözü qarçısınra tədqiq edildi. Açılmış məzadra qızıl da daxil olmaqla, qiymətli xəzinələr tapılıb. Canlı yayım Misir Tarixi və Əntiq Nazirliyi ilə birlikdə həyata keçirildi.

Əldə edilən məlumatlara görə, məzarda olan mumiya, Thoth'un hikmət və sehrli baş kahinidir. 26-cı Misir xanedanın dövrünə aid rəhbərliyin idarəçiliyi 525-ci ilə qədər davam etdiyi bildirilir.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Son xəbərlər
Bütün xəbərlər »