Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbli qız hamilə olduğunu doğuş zamanı bildi, körpəni divanın altında gizlətmək istədi

Rusiyada paytaxt məktəblərinin birində oxuyan səkkizinci sinif şagirdi ev şəraitində körpə dünyaya gətirib. Bu barədə “Moskovskiy Komsomolets” yazır.

Nəşrin məlumatına görə, nə 14 yaşlı qızın valideynləri, nə də yeniyetmə özü hamilə olduğunun fərqində olub.

Doöuş evdə baş verib, bu müddətdə qızın atası qonşu otaqda yatıbmış. Uşaq dünyaya gələndən sonra yeniyetmə ana atasının qorxusundan körpəni divanın altında gizlətməyi də düşünüb. Atasına məlumat veriləndə ki, onun nəvəsi dünyaya gəlib, baba qulaqlarına inanmayıb.

Yeniyetmə ananı və körpəni doğum evinə yerləşdiriblər.

Valideynlər isə polis bölməsinə çağırılıb. Onlar qızın oxuyan uşaq olduğunu və polis məktəbinə qəbul üçün hazırlaşdığını bildirib. Valideynlərin ifadəsinə görə, qızları mart ayında məktəbdə tibbi müayinədən keçsə də, həkimlər də onun hamilə olduğundan şübhəyə düşməyib. Bundan başqa, ananın sözlərinə görə, qızın hətta normal menstruasiyası da olub. Hesablamalara əsasən, qız ötən yay bağda istirahətdə olarkən hamilə qalıb.

Qızın anası öz nəvəsini himayəyə götürəcəyini bildirib. O uşağın öz övladı olduğunu bildirməklə qızının gələcək həyatını qorumaq fikrindədir.

Onlar qıza qarşı Rusiya Cinayət Məcəlləsinin 134-cü maddəsinin (yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqə və ya başqa seksual hərəkətlər) tələblərini pozmuş kişinin kimliyini açıqlamaqdan imtina ediblər. (oxu.az)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »