Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliyada qəribə aksiya: Vegeterianlar ət sevməyən baş nazir istəyir - Foto

Avstraliyada ət industriyasını boykot etmək istəyən heyvansevərlər və vegeterianlar küçələrə axışaraq aksiya keçiriblər.

“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, etirazçılar Melburn, Viktoriya, Yeni Şimali Uels və Kvinslenddə qəssablara hücum ediblər, ət kəsim yerlərinə ziyan vurmağa çalışıblar.

Aksiya iştirakçıları hökumət əleyhinə də şüarlar səsləndirərək ət sevməyən baş nazir istədiklərini bildiriblər.

Melburnda polisin müdaxilə nəticəsində 38 nəfər saxlanılıb. Qulbörndə isə qəssabı zəncirləyən 9 nəfər saxlanılıb.

Qeyd edək ki, Avstraliya adambaşına istifadə edilən ət miqdarına görə ABŞ-dan sonra ikinci pillədədir.

Son xəbərlər
Bütün xəbərlər »