Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada qalmaqal: Qubernator Poroşenkonun fərmanını rədd etdi

Poroşenko ona öz istəyi ilə ərizə yazmağı təklif edib, lakin o bundan imtina edib

Səlahiyyət müddəti davam edən Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə işdən azad olunan Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Stepanov vəzifəsini tərk etməkdən imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, Poroşenko imzaladığı fərmanda Stepanovun yerinə müvəqqəti qubernator olaraq Sergey Paraşenkonu da təyin edib.

Stepanov bəyan edib ki, "heç bir ərizə yazmayıb", onun imzaladığı fərman isə qanunsuzdur: "O (Pyotr Poroşenko – red.) prezident səlahiyyətlərini aşıb".

Siyasətçi vurğulayıb ki, prezident yalnız Nazirlər Kabinetinin göstərişi ilə Vilayət Administrasiyası rəhbərini təyinetmə və ya işdən uzaqlaşdırmaq səlahiyyətinə malikdir.

Stepanov qeyd edib ki, Poroşenko ona öz istəyi ilə ərizə yazmağı təklif edib, lakin o bundan imtina edib.

"Strana.ua" saytının versiyasına görə, Stepanovun işdən uzaqlaşdırılması Pyotr Poroşenkonun bu regionda prezident seçkiləri zamanı aşağı səs toplaması ilə bağlıdır.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »