Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantlar gizlicə yük maşınında ABŞ hərbi bazasına girdilər

Asiyadan olan miqrantlar hər yolla Avropaya yol tapmağa çalışır. Bir qrup iraqlı yük maşınında gizlənərək, Belçikaya keçməyə çalışıb.

Bizimyol.info xəbər verir ki, miqrantlar məqsədinə çatıb. Sadəcə, onlar ABŞ hərbi bazasına yol tapa biliblər. Onlar məqsədin birinci hissəsinə - Avropaya gəlməyə çoxdan nail olubmuş. Belçikaya keçmək isə bu yolla baş tutub.

Almaniyadan yola düşən yük maşını Eno vilayətindəki ABŞ hərbi qüvvələrinin “Şyevr” aviabazasına gəlirmiş. Miqrantlar təyinat yerindən xəbərsiz yük yerinə keçməyə imkan tapıb. Sürücünün də hadisədən xəbəri olmayıb. Qapalı obyektdə maşını yoxlayarkən miqrantları aşkar ediblər. Orada 8 nəfər olub: 5 kişi, qadın və 2 uşaq. Onlar maşının hara getməsindən xəbərsiz olduqlarını bildiriblər. Hərbi baza iraqlıları miqrasiya xidmətinə təhvil verib.

Əslində, miqrantlar daha çox Almaniyaya üz tutur. Məsələn, keçən il 1,5 milyon adam bu ölkəyə sığınacaq üçün müraciət edib.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »