Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rafiq Əliyevdən Eynulla Fətullayevin xəbərinə reaksiya: "Məni o jurnalistin səviyyəsinə düşürməyin"

Dubayda yaşayan iş adamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, tanınmış ilahiyyatçı alim Rafiq Əliyevlə bağlı ilginc məlumatlar yayıb.

Belə ki, Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salihin oğlu tanınmış jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqin.az saytına açıqlamasında bildirib ki, o Rafiq Əliyevlə Bakı İslam Universitetinin (hazırda İlahiyyat İnstitutudur) tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Yeni layihədə paylar haqqında danışılıb və bu işdən gəlir götürmək də nəzərdə tutulub. Tərəflərin öhdəlikləri 14 iyun 1997-ci ildə imzalanmış müqavilədə öz əksini tapıb.

İşin bitdiyini hesab edən İsa vətəninə yollanıb və əmin olub ki, POWELLINDASTRIES Gmbh şirkətinin timsalında Azərbaycan tərəfi obyekti müqaviləyə uyğun tikib istifadəyə verəcək. Dubaylı iş adamının 1,6 milyon dollarlıq obyektin yerində yataqxana əvəzinə otelin tikildiyini bilib-bilməsə də, müqavilədə “İrşad” İslamşünaslıq tədqiqatları mərkəzi kimi göstərilir.

O bildirib ki, iki il ərzində mütəmadi olaraq gəlirdən öz payını alsa da (bu illər ərzində 190 min dollar pul köçüb) 2002-ci ildən bu ödənişlər dayanıb, o vaxtdan Əliyevin telefonu da dubaylı iş adamının üzünə bağlanıb.

Həmçinin o əlavə edib ki, Rafiq Əliyev ərəb iş adamının ardınca maşın göndərməyi vəd etsə də, vədinə xilaf çıxıb.

Bütün bu məsələlərlə bağlı Bizimyol.info-ya açıqlama verən keçmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyev bildirib ki, "İrşad" İslamşünaslıq tədqiqatları mərkəzi dəfələrlə aidiyyatı dövlət orqanları tərəfindən yoxlanılıb və heç bir neqativ hal aşkarlanmayıb. Həmçinin Əliyev əlavə edib ki, dərc olunan yazıda öz əksini tapan məqamlar həqiqəti və reallığı əks etdirmir:

"Özünüz də oxuyub obyektiv qiymət verə bilərsiniz. Yazılanlar həqiqəti əks etdirmir, mən adətən bu hekayələrə cavab vermirəm. Ancaq bu dəfə şərtləri pozuram. Bu göstərilən faktlardan ən az birini təsdiqləyən fakt varmı, "İrşad" İslam Araşdırmaları Mərkəzinin tikintisi və fəaliyyəti üçün kimdənsə ən azı bir dollar aldığımı təsdiq edən bir sənəd və ya mənim payım olaraq göndərildiyini təsdiqləyən bir başqa qəbz varmı, kimin üçünsə 190 min dollar pay verməyimə dair, bu binanın "İrşad" İslam Araşdırmaları Mərkəzi kimi qurulmadığını təstiqləyən sənəd varmı? Varsa, İslam İnstitutunun tələbələri üçün, artıq 20 il müddət keçəndən sonra açılan bir yataqxana olaraq ictimaiyyətə göstərsin və ya ən azı mənə təqdim etsin. Öz vicdanınızı təmizləyin.

Bundan başqa, "İrşad" binası 1998-ci il oktyabr ayından tikilib. Mən isə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə 21 iyun 2001-ci il tarixində təyin edilmişəm. Heç bir əlaqəsi yoxdur. "İrşad" ilə bağlı hər şey onlarla dəfə yoxlanılıb, bütün mümkün dövlət orqanları tərəfindən geri alındı ​və bu işdə qanunsuz bir şey hələ tapılmayıb.

Əgər bu qurumun rəhbərliyi cəsarətli olsa, bircə motiv göstərsinlər, özlərini bu qədər nüfuzdan saldıqlarının səbəbini bildirsinlər. Belə bur sübut yoxdursa, mənim onlara sözüm yoxdur. Məni, öz işini bilməyən bir jurnalistin səviyyəsinə düşürməyə çalışmasınlar".

Bizimyol.info

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »