Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihar edən şagirdlə bağlı hüquq müdafəçisindən məktəbə etiraz

“İntihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası məktəbin direktoruna dəfələrlə müraciət edərək onun övladı ilə iş aparmasını xahiş edib. Elinanın məktəblə bağlı problemləri varmış”.

Bu barədə hüquq müdafəçisi Kəmalə Ağazadə Bizimyol.info-ya bildirib.

O deyib ki, Elina Hacıyeva məktəblə bağlı problemi olduğuna görə, 3 il öncə başqa ərazidə yerləşən məktəbdən bu məktəbə gəlib: “Elina məktəbi dəyişsə də, problem qalıb. Valideynin etdiyi müraciətə psixoloqun cavabı belə olub: “Saçını rəngləsin”. Psixoloq məsələni araşdırıb problemi həll etməli idi. Qanunlar var, amma onlar icra olunmur. Mən bu hadisədə yerli icra hakimiyyəti yanında uşaq hüquqları müdafiəsi komissiyasının, uşaq inspektorunun, məkətbin təlim-tərbiyə məsələləri üzrə direktor müavini ilə psixoloğun işini görmək istəyirdim. Biz Elinanın timsalında yüzlərlə uşağı bu faciədən qurtara bilərik”.

Hüquq müdafiəçisi deyib ki, uşaqların faciəsinin qarşısını almaq üçün tədbirlər görməlidir: “Həssas ailələrin qeydiyyatı aparılmalıdır və onların övladlarına xüsusi diqət göstərmək lazımdır. Maarifləndirmək işi aparılmalıdır. Məktəbdə simvolik şəkildə keçirilən valideyn iclasına son qoyulmalıdır. Valideyn iclası müəllimlərin ad günündə və bayramlarda müəllimlər üçün pul yığılması və hədiyyə alınması üçün toplantı deyil.

Elinanın məsələsindən sonra mənə qeyri-hökumət təşkilatının rəhbəri olaraq müraciət edənlər çoxalıb. Həmin valideynlər övladlarının məktəbdə ayrı-seçkiliyə, psixoloji təzyiqlərə məruz qaldığını deyirlər. Məktəbdə iş gücləndirilməlidir. Məktəb təkcə təhsil ocağı deyil, həm də uşağın ən çox vaxt keçirdiyi təlim-tərbiyə yeridir. Bu gün sosial işçilərə və peşəkar psixoloqlara ehtiyac var”.

Hüquq müdafiəçisi deyib ki, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında yayılan səsyazısı dəhşətdir: “Yəqin ki direktor deyəcək ki səsyazısı uydurmadır. Həmin səsyazısı da prokurorluqda araşdırılmalıdır”.

Ramid İbrahimov

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »