Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisini "reketlik"də ittiham edən şəxs polisə çağırılıb - Rəsmi

“Reketlik edən Dövlət Yol Polis əməktaşları da var. Misal üçün Yusif Səfərov küçəsindən Babək prospektinə keçəndə, “Bazarstor”un qarşısında 2 DYP əməkdaşı dayanır. Məlum Heydər Əliyev prospekti istiqamətində isə hər zaman sıxlıq olur. Bu baxımdan Babək prospektinə keçmək istəyən sürücülər məcburi olaraq oradakı xəttin tələblərini tez-tez pozurlar. Həmin DYP əməktaşları da sürücüləri saxlayıb, pul alıb buraxırlar. Özü də bu qanunsuzluq düz kameranın altında baş verir. Kimsə elə düşünməsin ki, şər atıram. Haşa, həmin polislər 3-4 il öncə məni də saxlayıb 30 manat şirinlik alıb buraxıblar”.

Bizimyol.info xəbər verir ki, bunu Heydər Çobanzadə adlı şəxs öz şəxsi hesabında yazıb. Onun yaydığı bu məlumatla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin rəisi Nüşrəvan Səfərov sorğumuza cavab verib. Verilən cavaba görə vətəndaş Heydər Şobanzadə məsələnin araşdırılması üçün dəvətlərə reaksiya vermədiyinə görə, məsələnin araşdırılmasının mümkün olmadığına görə qeyd olunan xüsusatlar öz təsdiqini tapmamışdır:

"Vətəndaş Heydər Çobanzadə yol patrul xidməti əməkdaşları barədə dəqiq məlumatlar vermədiyinə və dəvətlərə reaksiya göstərmədiyinə görə müraciətin tam və ətraflı araşdırılması mümükün olmamış, araşdırma zamanı müraciətdə qeyd olunan xüsusatlar öz təsdiqini tapmamışdır".

Bizimyol.info

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »