Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "İstanbuldakı seçkilər saxtalaşdırılıb"

İstanbuldakı seçkilərin nəticələri, demək olar ki, tamamilə saxtalaşdırılıb.

Ntv.com.tr portalının məlumatına görə, bu fikirləri Moskvaya səfərindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, günahkarların üzə çıxarılması üçün Ədalət və İnkişaf Partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edib.

O əlavə edib ki, hakim partiya seçicilərin aldadılmasına imkan verməyəcək.

“Heç kimin 10 milyondan çox seçicisi olan İstanbulda 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur”.

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində yayılan məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrem İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.(oxu.az)

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »