Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanında ilk qadın hava yolları nəzarətçiləri işə başladı

Səudiyyə Ərəbistanında qadın "dispetçerlər" xüsusi təlim kursunu tamamlayıb işə başlayıblar.

"Saudi Gazette" xəbər verir ki, Səudiyyə Ərəbistanında ilk dəfə olaraq 11 qadın Ciddə də SANS hava yollarına nəzarət mərkəzində hava yolları nəzarətçisi işinə başlamışlar.

"Bizimyol.info" "aif.ru"ya istinadən xəbər verir ki, ilk qadın hava yolları nəzarətçiləri fizika, riyaziyyat, aviasiya terminologiyası və hava yollarına nəzarətin əsas istiqaməti də daxil olmaqla 13 mövzuda bir illik xüsusi təlim proqramını tamamlayıblar.

"Şirkət "Vision 2030"a qatqı təmin etmək və Səudiyyə qadınlarının əmək bazarında iştirakını artırmaq üçün müxtəlif sahələrdə qadınları işə qəbul edir", - SANS icraçı direktoru Ryan Tarabzoni bildirib.

Onun sözlərinə görə, hazırda 15 nəfər qadın təlim proqramı ilə məşğuldur. Təlimlərinini bitirdikdən sonra onlar da, müvafiq işlərlə təmin olunacaqlar.

"Vision 2030" ölkənin hasilat sənayesindən asılılığının azaldılmasına və iqtisadiyyatın özəl sektorlarının inkişafına yönəlmiş Şahzadə Məhəmməd bin Salmanın islahat proqramıdır. Krallıqla bu proqram üzrə iri layhələrin işləndiyi bildirilir.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »