Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti şirkətinin aldatdığı birinci qrup əlil: “Nə evimi ala bilirəm, nə də pulumu”

Tikinti şirkəti birinci qrup əlil, zabit Şükürov Vurğun Şirin oğlunu aldadıb.

Bu barədə bizimyol.info-ya şikayətçinin özü bildirib. O deyib ki, o, “GEN” MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevə 2007-ci ildə 14 min dollar ödəniş edərək ev alıb: “Mən cəbhə bölgəsində hərbi xidmət edirdim. Evi tikinti şirkətindən həyat yoldaşım Şükorova Sona Barat qızının adına aldıq”.

V.Şükürov bildirib ki, “GEN” MMC-nin vətəndaşları aldadılması ilə bağlı xəbər çıxanda Daxili İşlər Nazirliyinə məktubla müraciət edib: “Cəbhə bölgəsində hərbi xidmətdə olduğum üçün o zaman açılan cinayət işində zərərçəkmiş kimi iştirak edə bilmədim. Çünki icazə verilmədi. Amma mən hüquq mühafizə orqanlarına müraciət etmişdim ki məni zərərçəkmiş kimi tanısınlar”.

Şikayətçi V.Şükürov deyib ki hələ də müvafiq qurumlara müraciət edir: “Prezident Adminstrasiyası, Baş Prokuroluğa və Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm. Müraciətimdə mənə dəyən zərərin ödənilməsini istəmişəm. Amma nə evimi ala bilirəm, nə də pulumu”

Ramid İbrahimov

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »