Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ilk dəfə: “Park Cinema” iki teatr tamaşasının birbaşa yayımını nümayiş etdirəcək
“Park Cinema” kinoteatrlar şəbəkəsi “Qızıl maska” festivalı və “CoolConnections” art-birliyi ilə birlikdə ilk dəfə teatr tamaşaları həvəskarlarına canlı yayımda iki möhtəşəm tamaşadan zövq almaq kimi bir unikal imkan təklif edir!

Yayım “Qızıl maska kinoda” layihəsi çərçivəsində həyata keçirilir.

14 aprel saat 19:00-da “Park Cinema Metropark”da Lev Dodinin quruluşunda, Kseniya Rappoport, Yelizaveta Boyarskaya və Danila Kozlovskinin iştirakı ilə Kiçik Dramatik Teatrının “Albalı bağı” tamaşasının canlı yayımını keçiriləcək.

Theater Pizzazz. Amerika nəşrindən Kerol Rokamora yazır ki, Dodinin “Albalı bağı” əsrin tamaşasıdır, o tarixə düşəcək və on illər bundan əvvəl bu teatrda Bruklində oynanılan Piter Brukun “Albalı bağı” ilə eyni sırada dayanacaq.

“Albalı bağı” tamaşası “Qızıl maska” mükafatının “Dramda ən yaxşı tamaşa və böyük forma” nominasiyası üzrə laureatı olub.

23 may, saat 20:00-da Park Cinema Metroparkda başqa bir canlı yayım gerçəkləşəcək. Bu dəfə Millətlər teatrı baş rolda Yevgeniy Mironovun oynadığı Rober Lepajın “Hamlet|Kollaj” tamaşasını təqdim edəcək.

Hər iki tamaşaya biletləri www.parkcinema.az saytından əldə edə bilərsiniz.

“Bu Azərbaycanda teatr tamaşalarının canlı yayımlarının keçirilməsi baxımından ilk təcrübədir. Böyük aktyorların səhnədəki oyunundan zövq almaq, teatrsevərlər üçün əla imkandır. Buna görə başqa şəhərə getmək və böyük pullar xərcləməyə ehtiyac yoxdur. Əminəm ki, bu təşəbbüs teatr sənətinin pərəstişkarlarının rəğbətini tapacaq” – “Park Cinema” Şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev belə deyib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »