Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın ərinin sevgilisinə kompensasiya ödəyəcək

Rusiyada əri xəyanət edən qadın onun sevgilisinə pul verməli olacaq. Məhkəmənin qərarı belədir.

Bizimyol.info xəbər verir ki, Krasnokamensk şəhər sakini ərini yataqda başqa qadınla tutub. Qəzəblənən arvad əri çəkmə ilə vurub. Kişinin sevgilisi buna dözməyib, rəqibini söyüb. Zərərçəkən qadın da ona zərbə endirib. İndi o, ərinin sevgilisinə yüngül bədən xəsarəti yetirməkdə ittiham olunur. Döyülən qız məhkəməyə müraciət edib, dəymiş mənəvi zərərə görə 150 min rubl (2294 dollar) tələb edib.

Birinci məhkəmə instansiyası kompensasiyanın məbləğini 70 min rubl müəyyənləşdirmək istəyib. Xəyanətə uğrayan qadının çıxışı situasiyanı dəyişib. Qadın məhkəmənin nəzərinə özünün necə böyük mənəvi zərbə aldığını çatdırıb. Bundan sonra məbləğ 15 min rubla (229 dollar) endirilib.

Son xəbərlər
Bütün xəbərlər »