Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiya fondunun işçisi atasına ayda 2300 dollar təqaüd təyin edibmiş

Rusiyada keçən il yaşlı insanlar ayda orta hesabla 13323 rubl (204 dollar) təqaüd alıb. Pensiya fondunun Voronej şəhərindəki rayon bölmələrindən birinin qadın müdiri atasına bundan 11,5 dəfə çox qazanmaq imkanı yaradıb.

Bizimyol.info xəbər verir ki, bununla bağlı vilayət prokurorluğunda cinayət işi açılıb. Müdir vəzifəsindən istifadə edərək, atasının adına ayda 150 min rubl (2294 dollar) təqaüd yazırmış. Fırıldaq üzə çıxanda qadın günahı boynuna alıb və bütün zərəri ödəməyə hazır olduğunu bildirib. Müdir indiyə qədər dövlətə 3,5 milyon rubl (53541 dollar) ziyan vurubmuş.

Rusiya Federasiyasının Pensiya Fondu Rusiya Federasiyasının Pensiya Fondu

İş hazırda araşdırılır. Zərər tam ödənsə də, bu, qadının məsuliyyətini azaltmır.

Keçən ilin noyabrında Rusiyada buna oxşar başqa dələduzluqdan xəbər tutmuşdular. Anasını ölkədən kənarda dəfn edən qadın 15 il onun təqaüdünü alırmış. “İnterpol”un Rusiya nümayəndəliyinə xaricdən ananın hələ 2001-ci ildə öldüyü barədə xəbər daxil olandan sonra qanunsuzluğu aşkar etmişdilər.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »