Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şüvəlanda təhlükəli anlar: "Böyük faciə yaşana bilər" - Fotolar

Xəzər rayonu Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən "Şüvəlan Park"-da aparılan tikinti işləri ilə əlaqədar olaraq əraziyə ağır tonnajlı kran cəlb edilib.

Bizimyol.info xəbər verir ki, cəlb olunan kran maşını isə ağır yükləri yolun bir tərəfindən digər tərəfinə keçirərkən qayda pozuntusu törədib. Belə ki, yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılmamış yük yolun bir tərəfindən digər tərəfinə keçirilib.

Məsələ ilə bağlı Bizimyol.info -ya danışan yol nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yükün bu şəkildə daşınması qaydalara uyğun deyil, baş verəbiləcək hansısa bədbəxt hadisəyə görə kran sürücüsü və tikinti aparan şirkət birbaşa məsuliyyət daşıyır:

Elməddin Muradlı

"Xoşagəlməz hadisə baş verərsə kran sürücüsü və iş görən şirkət məsuliyyət daşıyır. Yola nəzarət edən qurumlar da məsuliyyət daşıyır. Bu kimi işlər bu qaydada aparılmamalıdır. Daha çox hərəkətin qeyri-intensiv olduğu zamanda, hərəkət tamamilə dayandırılıb yük daşınmalıdır.

Tikinti şirkətləri bu kimi özbaşınalıqlara yol verirlər. Xırda işlər görmək adı ilə icazə alırlar və başlayırlar belə özbaşınalıq etməyə, kobud işlər görməyə. Belə hallar çox yaşanıb, kran aşıb, krandakı yük qırılıb düşüb. Belə məsuliyyətsiz hərəkəətlərin qarşısı alınmalıdır. Həmin yoldan ictimai nəqliyyat vasitələri keçir, içi dolu sərnişinlə. O yük qırılıb avtobusun üzərinə düşərsə böyük faciə yaşana bilər".

Bizimyol.info

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »