Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Daxili Təhlükəsizlik Naziri istefa verib

ABŞ prezidenti Donald Tramp  Daxili Təhlükəsizlik İdarəsi (USB) başçısı Kirsten Nilsonun istefa verdiyi barədə öz "twitter" hesabında bildirib. O, Kirsten Nilsonun yerinə Kevin McAlinanın nazir vəzifəsini icra edəcəyini açıqlayıb.

"Daxili Təhlükəsizlik Naziri Kirsten Nilson vəzifəsindən ayrılacaq, xidmətə görə ona təşəkkür edirəm. Gömrük və sərhəd keşik xidmətinin indiki rəhbəri Kevin McAlinan Nazir vəzifəsini icra edəcək. Əminəm ki, Kevin əla işləyəcək", - deyə prezident yeni nazirin kim olacağı barədə də "twitter" üzərindən məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Nilson 2017-ci ilin sonunda əvvəlki nazir John Kellyin Ağ Evin başçısı təyinatından sonra Gömrük və sərhəd keşik xidmətinin indiki rəhbəri vəzifəsinə gətirilmişdi. Nilsonin istefası haqqında məlumatlar uzun müddət idi ki, Ağ Evdən verilən qeyri-rəsmi məlumatlar sırasına daxil idi. Media bir neçə dəfə Trampın qeyri-qanuni miqrasiyanı azaltmaqda kifayət qədər ciddi fəaliyyət göstərmədiyi üçün nazirdən narazı olduğunu və onun Ronald Vitiello üçün immiqrasiya və gömrük polisi (ICE) rəhbərliyinə namizəd olaraq dəstək verdiyini yazdı. Amma nədənsə Tramp Senatın təsdiqindən əvvəl onun namizədliyini dəstəkləməkdən geri çəkilmişdi.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »