Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aparıcı efirdə səslənən ədəbsiz söyüşə görə “Space”dən çıxarıldı - Video

Dünəndən tənqidlərə məruz qalan Space TV bu gün “Hər səhər” verilişi ilə bağlı dəyişiklik edib. “Qafqazinfo” xəbər verir ki, proqramın aparıcısı Anar Vaqifoğlu bu gün efirə buraxılmayıb.

Onu tanınmış aktyor Çingiz Əhmədov əvəzləyib. Anar isə "Space"dən qovulub.

Qeyd edək ki, “Hər səhər”in ötən həftəki buraxılışında Rüfət Axundov və Rəşad İlyasov mahnı oxuyarkən qeyri-etik ifadələrdən istifadə edib.

MTRŞ isə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib,iş məhkəməyə göndərilib.

Proqramda səs rejissoru kimi çalışan Etibar Mustafayev isə işdən uzaqlaşdırılıb.

***

Xatırladaq ki, "Space” TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib".

Bunu ONA-ya MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.

<img class="aligncenter size-full wp-image-46111" src="https://www.bizimyol.info/az/wp-content/uploads/2018/01/mtrsh-1.jpg" alt="" width="566" height="448" />

T. Dadaşov bildirib ki, 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib.

T. Dadaşov qeyd edib ki, iş məhkəməyə göndərilib.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »