Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran sel suları altında: Azərbaycanda da daşqınlar ola bilərmi... - Açıqlama

Ekoloq: “Amerikalılar İranın, Türkiyənin üzərində gizli silahlardan istifadə edirlər, onun bizim ölkəmizə də təsiri olur”

İranda sel fəlakəti böyük miqdarda ərazini su altında qoyub. Məlumatlara görə, artıq 1900 rayon, qəsəbə və kənd su və palçıq altında qalıb, təxminən 100 min nəfər dövlət tərəfindən yaradılan sığınacaqlara yerləşdirilib.

İran Fövqəladə Vəziyyət Mərkəzi mart ayının son günlərində başlayan şiddətli yağışın selə çevrilməsi nəticəsində bu zamana qədər 70 adamın həyatını itirdiyi, 791 nəfərin isə yaralandığını bildirib. Sel kənd təsərrüfatı sahələrinin su altında qalmasına, dolanışığını heyvandarlıqla təmin edən köçərilərin və kəndlilərin axurlarındakı 10 minlərlə heyvanın tələf olmasına səbəb olub. İran meteorologiya baş idarəsi ölkənin qərb və cənub-qərb bölgələrinin yenidən şiddətli yağışın təsirinə düşəcəyi xəbərdarlığını edib. Xəbərdarlıqdan sonra Xuzistan əyalətindəki 110 kənd sel təhdidilə bağlı tamamilə boşaldılıb.

Məlum olduğu kimi, Azərbaycan İranla sərhəd qonşusudur. Ölkəmizin ərazisində iki böyük çay-Kür və Araz axır. 2010-cu ildə Kür çayında daşqınlar baş vermiş və nəticədə Kürün sahilində yerləşən Sabirabad, Salyan, Şirvan ərazilərində daşqınlar baş vermişdi. Eləcə də Azərbaycanın şimalında, havalar isindiyi ərəfədə qar sularının təsirindən daşan çaylar da mövcuddur. Bəs hazırkı vəziyyətdə Azərbaycanı sel, daşqın gözləntisi varmı?

Telman Zeynalov Telman Zeynalov

“Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov bildirib ki, indiki halda ölkəmizdə sel fəlakətinin baş verməsi təhlükəsi mövcud deyil: “Hesab edirəm ki, İranda bu cür hadisələrin baş verməsi təbii deyil, yan təsirlərlə bağlıdır. Məlum olduğu kimi, hazırda İran Amerika kimi bir dövlətlə qarşı-qarşıyadır. İrana tətbiq edilən sanksiyalar, görünür, gözlənilən nəticəni verməyib. Buna görə də müasir silahlardan istifadə edib, İranda bu kimi fəlakətlərə yol açırlar. Hazırda dünyada elə silahlar var ki, onlardan istifadə edərək ekoloji mühitə təsir etmək olur. Mən düşünürəm ki, məqsəd İranın kənd təsərrüfatı sahələrini məhv etmək, ölkənin iqtisadi durumunu çətin vəziyyətə salmaqdır. Görürük ki, hazırda fəlakət nəticəsində İranda xeyli kənd təsərrüfatı sahəsi su altında qalıb. Bu, indiki hal üçün milyonlarla vəsait itkisi deməkdir. Eyni zamanda, həmin sahələr bundan sonrakı dövrlərdə də əkin üçün yararsız hala düşə bilər. Biz görürük ki, aprel ayı olmasına baxmayaraq hələ də havalar düzəlməyib. Bir gün hava günəşli olur, növbəti gün yağış yağır. Bunların da hamısı yan təsirlərin nəticələridir. Amerikanlar İranın, Türkiyənin üzərində gizli silahlardan istifadə edirlər, onun Azərbaycana da təsirləri olur. Çünki biz İranla biz sərhəd qonşusuyuq. Ona görə də istər-istəməz bu kimi məqamlarda bizə də təsir edən hallar olur. Ancaq Azərbaycanda hansısa sel fəlakətinin yaşanması gözlənilmir”

Ekspert bildirib ki, Azərbaycanın şimal ərazisində yerləşən çaylarda müəyyən daşqınlar baş verə bilər: “Bu qış Azərbaycan ərazisinə ümumilikdə çox az yağış yağdı. Ancaq bölgələrə, Bakıya qar yağmasa da, dağlara qar düşdü. May ayında həmin qarlar əriyəcək. Nəticədə bəzi çaylarda daşqınlar baş verə bilər. Hansı ki, həmin çaylar havalar isindikdən sonra quruyurlar. Bundan əlavə hansısa təhlükənin baş verməsi gözlənilmir. Kür daşqınlarına gəlincə isə hesab edirəm ki, əgər müdaxilələr Gürcüstan ərazisində olarsa, o zaman Azərbaycanda da daşqın halı yaşanar. Ancaq indiki halda Kür çayının daşması gözlənilmir”.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »