Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bəxt bizim tərəfimizdə idi” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı mütəxəssis “CBC Sport”a açıqlamasında qələbəni şərh edib:

“Çətin oyun oldu. “Qəbələ”yə bundan öncəki dövrədə 2:1 hesabı ilə qalib gəlmişdik. Həmin oyunda olduğu kimi, bu matçda da “Qəbələ” çox yaxşı, aktiv və aqressiv oyun göstərdi. Bəlkə də, onlar bu gün məğlubiyyətə layiq deyildi. Buna baxmayaraq, biz vacib 3 xal qazandıq. Hava da isti idi və oyunda bir o qədər də temp olmadı. Sanki fasilədən sonra hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. Bəxt bizim tərəfimizdə oldu. “Qəbələ”yə uğurlar arzulayıram”.

Qurbanov Araz Abdullayevin meydana daxil olmasından sonra qələbə qolunu vurması barədə bunları deyib:

“Desəm ki, Arazın oyuna daxil olmasından sonra çox şey dəyişdi, düz olmaz. Sadəcə, oyunun bitməsinə 10-12 dəqiqə qalmışdı. Düzdür, həmin mövqeyə daha çox açılmasını tapşırmışdıq. Uğurlu epizod yarandı və bundan yararlana bildi. Buna görə də Arazı təbrik edirəm. Həmin epizodda diqqətli oldu və istifadə etdi”.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »