Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ailə dramı: Faciənin təfərrüatı

Ötən gecə Salyanda baş verən ağır qəzada vəfat edən şəxslərdən biri ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Sarvan kəndi ərazisində idarə etdiyi “Hyundai” markalı avtomobili su kanalına aşıran Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Şəhriyar Mahir oğlu evin tək oğlu olub.

Bildirilir ki, Şəhriyarın atası 35 yaşında vəfat edib. O, atasının dünyasını dəyişməsindən sonra bacısı ilə birgə anasının himayəsində böyüyüb. Rayonda ticarətlə məşğul olan Şəhriyar Abışov dostları ilə birgə kafedən qayıdarkən dəhşətli qəzaya düşüb. Qəza nəticəsində avtombildə olan sərnişin, 1994-cü il təvəllüdlü İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri, 1993-cü il təvəllüdlü, Nəbiyev Natiq Namiq oğlu və İsrafilov Qubad İlqar oğlunun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »