Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klub futbolçunu “layk”a görə cəzalandırdı - Foto

Futbol klubları oyunçularının sosial şəbəkə hesablarına da fikir verirmiş. Fransa çempionu PSJ futbolçusunu “layk”a görə cəzalandırıb.

Bizimyol.info xəbər verir ki, Adrien Rabyo “Instagram” hesabında “Mançester Yunayted”in müdafiəçisi Patrik Evranın paylaşımını bəyəndiyinə görə klubunun qəzəbinə tuş gəlib. Fransız yarımmüdafiəçi 6 gün komandadan kənarlaşdırılıb.

Adrien Rabyo Adrien Rabyo | Foto: Getty Images

Paylaşım PSJ-ni qıcıqlandıran məsələ olub. Evra “Instagram” hesabında “Mançester Yunayted”in Çempionlar Liqasında Paris təmsilçisini sıradan çıxarmasıyla bağlı video yerləşdirib. Bu isə PSJ-nin yaralı yeridir. Fransa klubu son dəqiqələrdə qapısından top buraxaraq, mübarizədən kənarda qalmışdı.

Patrik Evra Patrik Evra | Foto: Sky Sports

Ümumiyyətlə, Rabyo PSJ-də qalmaq istəmir. 24 yaşlı futbolçu klubla müqavilə müddətini artırmaqdan imtina etmişdi, buna görə də üç ay yaşıl meydanlardan uzaqlaşdırılmışdı. O, yayda “Real”a keçə bilər. “Barselona” da Rabyo ilə ciddi maraqlanır. Amma onun Madridə gedəcəyi daha inandırıcı görünür.

Yarımmüdafiəçi Parisə 2012-ci ildə gəlmişdi. Bu müddətdə PSJ-nin heyətində 150 oyun keçirib, 14 qol vurub.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »