Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünə qəsd edən məktəblinin rəfiqəsi hadisənin səbəbləri barədə danışdı

İntihar edəndən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib.

O, dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bildirib ki, o da da intihar edə bilər:

"Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o, mənim üçün dostdan daha artıq idi... Biz onun anası ilə çox yaxşı münasibətimiz var idi. Onun anasını intiharda suçlayan axmaqlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavinin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdilər ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edir ki, o ölmək istəyir”.

Rəfiqəsinin sözlərinə görə, o inana bilmir ki, Elina dünyasını dəyişib: "Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb, mən inana bilmirdim”.

E.Hacıyevanın yaxını bildirib ki, bir daha həmin məktəbə getsə, özünə qəsd edəcək:

"Elinanın sinif rəhbəri də ona təzyiq edib... Mənim sevgilim, sən mənim üçün əbədi yaşayacaqsan. Mənim ən yaxın rəfiqəm olasan, mənim bacım, mənim həyatım...”

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib. (buta.media)

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »