İngiltərinin Kent qraflığında xəzinəaxtaran gözlənilməz sürprizlə qarşılaşıb. 30 yaşlı macəraçı dəyəri 100 min funt sterlinqdən (222 min manat) aşağı olmayan qədim metal pul tapıb.
Bizimyol.info xəbər verir ki, tapıntı 3-cü əsrə aid edilir. xəzinəaxtaran Duvr yaxınlığında araşdırma zamanı təsadüfən metal pul görüb: “Əvvəlcə bunun saxta olduğunu düşündüm. Sonradan mütəxəssislər gerçək tarixi tapıntı olduğunu bildirdilər”.
Foto: Daily MailBritaniya muzeyinin mütəxəssisləri deyir ki, pul 3-cü əsrin sonlarında kəsilib. Bunu Britaniyaya hökmranlıq edən Roma imperatoru işğalçı Allektin dövtrünə aid edirlər. Deməli, söhbət 293-296-cı illərdən gedə bilər. Pulun üz tərəfində Apollonun qarşısında diz çökmüş iki əsir əksini tapıb. Əks tərəfdə isə imperator görünür. Dəmir pul 24 karat ağırlığındadır.
Foto: Daily MailSon 50 ildə ilk dəfədir Allektin dövrünmə aid olan pul tapılır. İndiyə qədər Britaniya muzeyində yalnız bir nümunə vardı. Xəzinəaxtaran dəmir pulu hərracda satmağı düşünür.






