Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər gün Qırğızıstanda 30 yeniyetmə qız qaçırılır, 6-sı təcavüzə məruz qalır

Qırğızıstanda evlənmək məqsədilə qızların qaçırılması həmişə kütləvi olub. Asiya dövlətinin hökuməti buna qarşı mübarizə aparır.

Bizimyol.info xəbər verir ki, Qırğızıstanda qız qaçırmağa qarşı sərt tədbirlər görülməyə başlayıb. Bu, oğurluq hadisəsi sayılır və qanunu pozanları 7 ildən 10 ilə qədər həbs cəzası gözləyəcək. Üstəlik, 200 min som (təxminən 3 min dollar) cərimə var.

“Dünya qadın bankı” qeyr-hökumət təşkilatının lideri Güləsənə Abıtovanın dediyinə görə, son illər vəziyyət dəyişməyib, pis olaraq qalır: “Ailə qurmaq məqsədi ilə qız qaçırmaq halları davam edir. Dəfələrlə olub ki, iradəsinin əleyhinə addım atılan qız özünə qəsd edib”.

Abıtova bir məsələni xüsusi fərqləndirib. Təcavüzə məruz qalan qızın valideynləri, yaxınları, adətən, hüquq-mühafizə orqanlarına müraciət etmir. Çox az hadisə məhkəməyə gedib çıxır.

Hüquq müdafiəçisi deyir ki, hər gün Qırğızıstanda 30 yeniyetmə qız qaçırılır. 6 halda qız zorlanır. Ölkədə hər 5 nikahdan 1-i qızqaçırma yolu ilə bağlanır. Nikahların üçdə iki hissəsində qızın razılığı olmur.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
Son xəbərlər
Bütün xəbərlər »