Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"10 milyonuncu sakinin ailəsinə maddi dəstək göstəriləcək" – İcra başçısı

“Çox sevinirik ki, 10 milyonuncu Azərbaycan vətəndaşı Ağdam sakinidir” .

Bu barədə Modern.az-a Ağdam rayonunun icra baçısı Vaqif Həsənov daışıb. O bildirib ki, bu, tarixi hadisədir:

“Ağdam əhalisinin ifadə etdiyi sevinci bölüşmək üçün həftənin birinci günü Ağdam Muğam Mərkəzində böyük konsert, atəşfəşanlıqla 10 milyonuncu azərbaycanlının dünyaya gəlməsini qeyd edəcəyik. Mən körpənin atası ilə əlaqə saxladım, təbrik etdim. Bütün Ağdam bu xoş hadisə ilə bağlı sevinc hissi keçirir.

Həmin 10 milyonuncu sakin və ailəsi ölkə rəhbərinin də diqqətindədir. Onun təhsili, yaşamı ilə bağlı ailəyə maddi cəhətdən də dəstək göstəriləcək. Rayon İcra Hakimiyyəti olaraq, biz də öz töhfəmizi əsirgəməyəcəyik.

Biz Ağdam rayon sakinləri 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə ölkə başçısını, birinci vitse-prezidentimizi və bütün azərbaycanlıları təbrik edirik”.

Qeyd edək ki, Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »