Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: ABŞ-Çin danışıqlarında irəliləyiş var

Aprelin 3-5-də Vaşinqtonda keçirilən ABŞ-Çin danışıqlarının növbəti mərhələsində irəliləyiş əldə olunub.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Administrasiyası məlumat yayıb.

“ABŞ ilə Çin səmərəli görüşlər keçirərək bir sıra mühüm məsələlərə dair irəliləyişə nail olublar. İşlərin çox hissəsi hələ görülməlidir. Rəhbərlər, nazir müavinləri, nümayəndə heyətləri qalan məsələləri həll etmək üçün daim təmasda olacaqlar”, - Ağ Evin məlumatında bildirilib.

Xatırladaq ki, ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Çin Dövlət Şurası Sədrinin müavini Liu He arasında əqli mülkiyyət, texnologiyaların ötürülməsi, tarifsiz sədlər, kənd təsərrüfatı, xidmətlər, hüquq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu görüşdən sonra D.Tramp bir ay ərzində ticarət sazişi imzalaya biləcəklərini açıqlayıb.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »