Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı sakini qaçırdığı maşınla piyadanı vurub öldürdü

Aprelin 5-də saat 14 radələrində Yasamal rayonu, H.Cavid prospektində Bakı şəhər sakini T.Rəsulov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən paytaxt sakini İlkin Şahbazini vurub.

DİN-in nətbuat xidmətindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən İ.Şahbazi orada ölüb. Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Rəsulov saxlanılıb.

Araşdırmalarla onun idarə etdiyi avtomobilin Bakı şəhər sakini S.Vəliyevə məxsus olduğu və aprelin 5-də F.Bayramov küçəsindən qaçırıldığı müəyyən edilib.

Yasamal RPİ tərəfindən araşdırma aparılır. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »