Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın 20 ştatı Trampı məhkəməyə verdi

Trampın qanunsuz şəkildə federal büdcədən Meksikada sərhəd divarlarının tikilməsinə 1,6 milyard ayırması ştatların rəhbərlərinin narazılığına səbəb olub.

Amerikanın 20 ştatının rəhbərliyi ABŞ prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms öz rəsmi saytında məlumat verib.

Trampın qanunsuz şəkildə federal büdcədən Meksikada sərhəd divarlarının tikilməsinə 1,6 milyard ayırması ştatların rəhbərlərinin narazılığına səbəb olub.

Ştat rəhbərləri vəsaitlərin hüquq-mühafizə orqanlarının gücləndirilməsinə, narkotiklərlə mübarizə və hərbi obyektlərin qurulmasına sərf olunacağını düşünürmüş. Bundan əlavə, hakimiyyət orqanlarının fikrincə, divarın tikintisi ətraf mühitə zərər verəcək.

"Gərəksiz və əsası olmayan bir divarın maliyyələşdirilməsi üçün büdcə vəsaitlərinin yönəldilməsi Konqresin gücünü pozan və Amerikanın hər bir vətəndaşı narahat edən tamamilə məsuliyyətsiz bir hərəkətdir"-deyən Ceyms əlavə edib ki, ştat rəhbərləri "hakimiyyətdən sui-istifadə halalrına" qarşı mübarizə aparacaqlar.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »