Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki tələbə “Apple” şirkətinə 900 min dollar "atıb" - İnanılmaz dələduzluq sxemi

ABŞ-da Çindən olan iki tələbəyə qarşı dələduzluq ittihamı irəli sürülüb. Onlar xidmət mərkəzlərinə minlərlə saxta telefonu gerçək “iPhone” adı ilə sırıyıblar.

Bizimyol.info xəbər verir ki, Portlend şəhərində mühəndis təhsili alan Yanyan Çjou və Tsyuan Tszyan dələduzluqda ittiham olunurlar. Onlar 2017-ci ilin aprelindən keçən ilin martına qədər xidmət mərkəzlərinə 3069 saxta telefon təqdim ediblər. Cihazları onlara Çindən dostları və qohumları göndərirmiş. Tələbələr mərkəzlərə müxtəlif uydurulmuş adlarla yaxınlaşır, telefonun təmirə ehtiyacı olduğunu bildirirmiş. Təmir edilə bilməyənlərin əvəzinə yenisi verilirmiş.

Onların cəhdlərindən yarısı uğurlu alınıb. Məhkəmə sənədləri deməyə əsas verir ki, tələbələr bu yolla 1493 yeni telefon əldə ediblər. Sonra cihazları Çinə satmağa göndərirlərmiş. Beləcə, “Apple” şirkətinə 896,8 min dollar ziyan vurublar.

Dələduzluğu ABŞ-ın gömrük və sərhəd nəzarəti xidməti üzə çıxarıb. Onlar gömrükçülərin diqqətini ardıcıl beş dəfə saxta telefon göndərişi almaqla çəkib. Keçən ilin martında Tszyanın evində axtarış aparılıb, 300 telefon aşkar edilib. Tələbələr günahını boynuna almır.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »