Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maradonanın qızı atasından danışdı: "Vanna otağında narkotik qəbul edirdi"

Dünya futbolunun canlı əfsanəsi sayılan Diyeqo Maradona tarixdə həm də müxtəlif qalmaqalları ilə qalıb. Argentinalı ulduzun futbolçu karyerasının son dövrləri daha çox narkotik maddələrə aludə olmasına görə lazımınca alınmadı.

Bizimyol.info xəbər verir ki, Maradonanın qızı Cannina atasının həmin günləri haqda “The Sun” qəzetinə danışıb. Diyeqonun övladı deyib: “Bir dəfə bacım Dalma vanna otağına daxil olanda atamı narkotikdən istifadə edən görmüşdü. Mən buna görə onu heç vaxt bağışlamayacağam”.

Cannina həm də 15 yaşı tamam olan gün narkotik maddələrdən asılılıqdan müalicə alan atasına xəstəxanada baş çəkməyə getməsini xatırlayıb: “Məni ora buraxmadılar. Mən gedirdim, o isə palatada qalmışdı. Dəhşət idi”.

Diyeqo Maradona qızı Cannina ilə yola getmir. Hətta iki il əvvəl onu məhkəməyə də vermişdi. Maradona qızını 80 milyon peso (təxminən 4,3 milyon dollar) oğurlamaqda ittiham edir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »