Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nefti bahalaşdıran səbəblər - Ekspert

Yaxın aylarda neft qiymətləri 60-70 dollar arasında dəyişməkdə davam edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, hazırda dünya bazarında neft qiymətlərinin bahalaşması bir neçə faktorla bağlıdır:

Natiq Cəfərli

“Bahalaşma və ya ucuzlaşma ilə bağlı ən azı 14 və ya 21 günlük trend olmalıdır ki, daha ciddi analiz aparmaq mümkün olsun. Ancaq ümumilikdə dünya bazarlarında neft qiymətlərində müşahidə edilən bahalaşma müvəqqəti hərəkətlilikdir. Belə ki, Çinlə ABŞ arasında ticarət anlaşmasının baş tutmasına dair xəbərlər yayıldı. Bu da neftə olan tələbatın artacağına dair ehtimalları gücləndirdi. Buna görə də neft qiymətlərinin bahalaşmasını müşahidə etdik. Digər bir səbəb isə Avropa Birliyində istehsal indekslərinin daha yüksək olması ilə bağlı idi. Bütövlükdə, hazırkı bahalaşma məhz bu iki xətt üzərində davam edir”.

Ekspertin fikrincə, bu tendensiya bir müddət sonra səngiyə bilər:

“Çünki bazar çox qəribə şəkildə başqa impulslara cavab vermir. Məsələn, ABŞ-da bu həftə neft hasilatı böyük həcmdə artsa da, bazar buna reaksiya vermədi. Buna görə də bir müddət sonra əks tendensiyanı müşahidə edə bilərik. Yaxın aylarda neft qiymətləri 60-70 dollar arasında dəyişməkdə davam edəcək”.

Qeyd edək ki, bu gün “Brent” markalı neftin bir barrelinin qiyməti 70 dolları keçib.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »