Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingiz Qənizadə: “Ola bilər ki, 3-5 ay sonra xalqın məhkəmələrə itirilmiş inamı bərpa olunacaq” - Video

Millət vəkili Çingiz Qənizadə məhkəmə hakimiyyətinə dair prezident İlham Əliyevin verdiyi fərmanı şərh edib. Realtv.az saytına verdiyi müsahibədə o, məhkəmə hakimiyyətini və hakim korpusunu sərt tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili deyib ki, məhkəmə hakimiyyətinə xalqın etimadı qalmayıb, hakim korpusu içərisində korrupsiya və rüşvətə qurşanma halları var. “Bunu da bütün ölkə ictimaiyyəti bilir. Prezidentin məlum fərmanı bu etimadsızlığı aradan qaldırmaq, neqativləri düzəltmək və məhkəmə hakimiyyətini yeniləmək üçün inqilabi bir addımdır. Azərbaycan cəmiyyəti bu fərmanı birmənalı olaraq müsbət dəyərləndirir və çoxdan gözlənilən fərman idi. Bu fərman təkcə məhkəmə hakimiyyətinə deyil, məhkəmə hüquq-sisteminə aid olan qurumların islahatına yönələn fərmandır.

Ola bilər ki, 3-5 ay sonra Azərbaycan xalqının məhkəmələrə itirilmiş inamının bərpasının şahidi olaq”.

Millət vəkili məhkəmə hakimlərinin sayının 200 nəfərədək artırılması qərarını da alqışlayıb.

Son xəbərlər
Bütün xəbərlər »