Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üçaylıq körpə 4 gün evdə tək və ac qaldı - Foto

Yakutiyada məsuliyyətsiz ana üzündən üçaylıq körpə günlərlə evdə tək keçirib. Ondan 4 gün xəbər bilən olmayıb.

Bizimyol.info xəbər verir ki, Yakutsk şəhərinin Petrovsk küçəsinin sakinləri polisə mənzillərdən birində bağlı qapı arxasında uşağın fasiləsiz ağladığını bildiriblər. Hadisə yerinə gələn asayiş keşikçilərinin qapını sındırmaqdan başqa çarəsi qalmayıb. Yataqda körpə və yanında boş yemək şüşəsi aşkar edilib.

Üçaylıq körpə 4 gün evdə tək və ac qaldı - Yakutiya

Polis sonradan ananı tapa bilib. 37 yaşlı qadın günlərlə spirtli içki qəbul etdiyindən, uşaq yadına düşməyibmiş. O, özünü müdafiə üçün körpəni qardaşına tapşırdığını bildirib. Dəfələrlə həsxana həyatı yaşayan dayı da uşağı taleyin ümidinə buraxıb.

Qadının 3 yaşlı başqa oğlu da var. Böyük oğlunu özü ilə götürən ana körpəyə bu günlərdə baş çəkməyib. Cinayət işi açılıb.

İndi körpə uşaq xəstəxanasında terapiya kursu keçir. Ailənin böyük oğlunu isə uşaq evinə veriblər.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »