Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yüksək səsli musiqi nadir növdən olan timsahı öldürdü

Hindistanın Çennai şəhərindəki zooparkda nadir növ sayılan Kuba timsahı ölüb. Heyvanxana rəhbərliyinin fikrincə, buna səbəb yüksək səsli musiqi olub.

Bizimyol.info xəbər verir ki, “Madras Crocodile Bank Trust” zooparkı Çennaidən 43 kilometr məsafədə yerləşir. Buranı “Sheraton” otelindən isə cəmi 15 metr ayırır. Orada baş tutan yığıncaqların birindən sonra 12 yaşlı timsah ölü tapılıb.

Heyvanxananın rəhbəri, timsahlarla iş üzrə mütəxəssis sayılan Romulus Erl Uayteker deyir: “Heç şübhəsizdir ki, heyvan vibrasiyanın yaratdığı stressdən ölüb”. Onun fikrincə, başqa səbəb ola bilməz: sürünən sağlam idi və yaxşı qidalanırdı.

Uayteker otelə az şikayət etməyib. İş adamı “The New Indian Express” nəşrinə açıqlamasında deyib ki, otelin açılışından sonra sürünənlər özünü birtəhər aparırmış. Tez-tez dalaşırdılar, zədə alırdılar. Səsdən heyvanxanada quş da qalmayıbmış. Hər il bura minlərlə vağ uçub gəlirmiş.

Kuba timsahının ölümündən sonra otel rəhbərliyi Uaytekerlə görüşüb, bir daha belə halın təkrarlanmayacağına söz verib.

Bu növ timsaha yalnız Kubanın bir neçə adasında rast gəlmək olur. Onlar digər timsahlardan parlaq rəngi və uzun əzələli pəncələri ilə fərqlənir. Adətən, boyları 2,3 metrə çatır. Çəki təxminən 40 kiloqram olur. Dünyada 6 minə qədər Kuba timsahı qalıb.

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »