Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Venesuela ABŞ-ın yeni sanksiyalarına hüquqi yollarla cavab verəcək

Venesuela hökuməti ölkənin neft sənayesinə qarşı ABŞ-ın tətbiq etdiyi əlavə sanksiyalara qarşı hüquqi tədbirlər görməyə hazırdır.

“Report” TASS-a xəbər verir ki, bu barədə Venesuela XİN-in yaydığı bəyanatda qeyd olunub.

“Venesuela azad və müstəqil dövlətlər arasındakı əməkdaşlığa heç bir imperialist əməllərin maneə yarada bilməyəcəyini bir daha bildirərək hüquqi yollarla cavab verəcəyini qeyd edir”, - bəyanatda vurğulanıb.

Bəyanatda həmçinin ABŞ-ın tətbiq etdiyi sanksiyaların beynəlxalq hüququ və təməl iqtisadi hüquqları pozduğu da bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ-ın sanksiya siyahısına Venesuelanın neft sənayesində çalışan iki şirkət, Venesueladan Kubaya neft daşımaq üçün istifadə olunan onlara məxsus bir tanker gəmisi, “Petroleos de Venezuela” dövlət neft şirkətinə məxsus 34 gəmi daxil edilmişdi.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »