Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boşanan şahzadənin verəcəyi alimentin məbləği hamını təəccübləndirdi

Lüksemburq şahzadəsi Lui Ksavye Mari Qiyom ilə onun həyat yoldaşı Tessi Antoninin boşanma prosesi başa çatıb. Bu haqda “Daily Mail” qəzeti məqalə dərc edib. Alimentin qəpik-quruş olması isə hamını təəccübləndirib.

Bizimyol.info xəbər verir ki, London ali məhkəməsinin qərarına görə, Tessi kiçik oğlu ali təhsilini başa vurana qədər Böyük Britaniya paytaxtındakı malikanədə qala bilər. İndi uşağın 11 yaşı var. Bundan başqa, şahzadə iki oğlundan hər birinin tələbatı üçün ildə 4 min funt sterlinq (təxminən 5300 dollar) ödəməlidir.

Əvvəlcə Tessi yeni ev eşqinə düşmüşdü. Bunun üçün 1,5 milyon funt sterlinq (təxminən 2 milyon dollar) tələb edirdi. Lui isə üzərinə daha az maddi məsuliyyət götürmək istəyirdi. Şahzadə hər uşağa görə ildə 4 yox, 3 min funt sterlinq ödəməyi düşünürdü.

Lui Tessi ilə 2004-cü ildə tanış olmuşdu. Onda 18 yaşlı qız hərbçi kimi Lüksemburq kontingentinin tərkibində Kosovoda xidmət edirdi. Lui Tessini dərhal bəyənmişdi. 2006-cı ildə onların oğlu dünyaya gələndə nikah bağlamaq qərarı vermişdilər. Tessi zadəgan nəslindən olmadığına görə Lui toydan sonra Lüksemburq taxt-tacından imtina etdi. Qız Lüksemburq şahzadəsi adını bundan üç il sonra aldı. Boşanmaq qərarına isə 2017-ci ildə gəlmişdilər.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »