Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp 2020 seçkilərindəki rəqibi ilə bağlı video paylaşdı - Video

Daha iki qadın ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin onlara təcavüz etməsi ilə çıxış edib.

Bununla da 2020-ci ildə keçiriləcək seçkidə Donal Trampın rəqibi olacaq Bayden əleyhinə olan şikayətlərin sayı 4-ə çatdı.

Publika.az xəbər verir ki, Donal Tramp tvitter hesabında bu barədə video paylaşıb. Tramp rəqibinə lağ edib.

Qeyd edək ki, ABŞ mediasına danışan qadınlar Baydenin özlərini narahat hiss edəcək qədər onlara yaxınlaşdıqlarını bildiriblər.

Qadınlardan biri Baydenin əllərini çiyninə və belinə, digəri isə ayaqlarına qoyduğunu iddia edib. Bayden də tvitter hesabında haqqında danışılanlara cavab verib.

“Bütün siyasi karyeram boyunca insanlarla aramda bağ qurmağa çalışdım. Əllə görüşdüm, qucaqlaşdım. Dəstək məqsədilə qadın və ya kişi fərq etməz çiyinlərinə toxundum.Qadınların nələr dediyini eşitdim. Siyasət mənim üçün hər zaman insanlarla əlaqə qurmaq üçün bir yol oldu. Bundan sonra bu məsələlərdə daha diqqətli olacam. Bu mənim məsuliyyətimdir. Ən yaxşı şəkildə yerinə yetirəcəm”,- deyə bildirib.

https://twitter.com/realDonaldTrump/status/1113862077842640898

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »