Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bezosdan boşandı, dünyanın ən varlı 3-cü qadını oldu - Rekord təzminat

“Amazon” şirkətini qurucusu, dünyanın ən varlı insanı olan Ceff Bezos həyat yoldaşı Makkenzi Tattldan rəsmən boşanıb.

“Qafqazinfo” xəbər verir ki, Bezos 25 illik həyat yoldaşı və 4 uşağının anasına boşanma təzminatı olaraq 35 milyard dollar ödəyib. Bu məbləğ isə dünyada 80 ölkənin illik büdcəsindən daha çoxdur.

Razılaşmaya əsasən Bezos “Amazon” şirkətində sahib olduğu 16,3 faiz hissənin 75 faizini özündə saxlayıb. 25 faiz isə Makkenziyə verilib. Makkenzi isə “Washington Post” və kosmik səyahət şirkəti olan “Blue Origin”dəki hissələrini Bezosa təhvil verib.

Bununla da Makkenzi dünyanın ən varlı qadınları siyahısında 3-cü pilləyə yerləşib. Hazırda həmin siyahıda 52,9 milyard dollarla “L'Oréal”ın sahibi Fransuaza Bettankur Mayers birinci, “Walmart”ın sahibi Alis Uolton (45,4 milyard dollar) isə ikincidir.

Qeyd edək ki, “Forbes”in son açıqladığı siyahıda Bezosun sərvəti 131 milyard dollar idi.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »