Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA-nın zondu Günəşə yaxınlaşıb

NASA Günəşi öyrənməkdə israrlıdır. Agentlik bunun üçün atmosfer hadisələrinin tədqiqi üçün nəzərdə tutulmuş cihazları havaya qaldıran xüsusi aerostatı – “Parker” zondunu kosmosa göndərib.

Bizimyol.info xəbər verir ki, zond heç vaxt müşahidə edilməyən məsafədə Günəşə yaxın dayanıb. İndi yanar planetlə “Parker” arasında cəmi 24 milyon kilometr var. Aerostat saatda 343 min kilometr sürətlə hərəkət edərək, tədqiqat aparacaq.

“Parker” ilk dəfə keçən il işə başlamışdı. Bu dəfə daha böyük uğur əldə edildi. İndi “Parker” Günəşin tacında özünə yer tapa bilib. Günəş tacını yaxşı öyrənmək üçün zondun daxilində +29 dərəcə temperatur qorunur. Ən əsası müəyyənləşdirmək lazımdır ki, burada istilik niyə Günəşin səthində olandan 300 dəfə yüksəkdir. Günəşin tacı ətraf aləmə saçlan yüklü hissəciklərdən, tozlardan, qaz kütlələrindən ibarətdir.

“Parker” qarşıdakı beş ildə daha böyük uğur qazanacaq. 2024-cü ildə Günəşdən 6,1 milyon kilometr məsafədə dayanmaq mümkün olacaq.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »