Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənzil qiymətlərinin artdığı və azaldığı ölkələrin adları açıqlandı

“Knight Frank” konsaltinq şirkəti ayrı-ayrı ölkələrdə mənzil qiymətləri ilə bağlı statistik cədvəl tərtib edib.

Son illər Azərbaycanda mənzillərin qiyməti dollarla aşağı düşsə də, təəssüf ki, cədvəldə yer alan 56 ölkə arasında Azərbaycanın adı yoxdur.

Bizimyol.info xəbər verir ki, siyahıda adı yer alan dövlətlər arasında ən çox qiymət Sloveniyada artıb. Son bir ildə burada mənzillərin dəyəri 15 faiz yüksəlib. İkinci yerdə Malta (12), üçüncü pillədə isə Çin (11) qərarlaşıb. Mənzillər ən çox Finlandiyada ucuzlaşıb (3 faiz).

Helsinki, Finlandiya / Foto: Pixabay.com

Rusiyada mənzil qiymətləri bir az artıb. Qonşu ölkə mətbuatı 5 faiz artıma nikbin yanaşır.

Moskva, Kreml / Foto: Pixabay.com

Konsaltinq şirkətinin statistikasına görə, bu bir ildə 56 ölkədə qiymətlər orta hesabla 4 faiz artıb. Çoxdandır belə aşağı göstərici olmurdu. Axırıncı dəfə 2016-cı ilin üçüncü kvartalında bu cür aşağı göstərici qeydə alınmışdı.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub
Son xəbərlər
Bütün xəbərlər »