Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mourinyonun danışıqlar apardığı klublar bəlli oldu

Joze Mourinyo “Mançester Yunayted”dən gedəndən sonra işsiz qalıb. Portuqaliyalı futbol müətxəssisi İtaliyada iş tapa biləcəyinə ümid edir.

Bizimyol.info xəbər verir ki, Mourinyo İtaliyanın iki klubu ilə danışıqlar aparır. Həm “İnter”, həm də “Roma” ona müəyyən maraq göstərməyə başlayıb.

İtaliya mətbuatının yazdığına görə, Mourinyo “İnter”də işləməyi daha çox istəyir. O, hətta az məvacibə də razıdır. Mütəxəssis, adətən, ildə 10 milyon avro maaş tələb edir. Amma “İnter” üçün 8 milyon avro yazılan müqaviləyə qol çəkmək olar.

Mourinyonun istəyi ilə deyil, “İnter”in baş direktoru Cuzeppe Marotta başqa variantları da gözdən keçirir. Onun Antonio Kontenin namizədliyi üzərində dayanması tam mümkündür.

Mourinyonun “Roma” ilə yalnız telefonla danışığı olub. Hələ konkret addımlar haqda danışmaq tezdir. Portuqaliyalı özü təklif olacağı halda “Bavariya”nı seçərdi.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »