Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıt Texnologiyalar Parkı MosBuild 2019 sərgisində iştirak edib

Bu günlərdə Sumqayıt Texnologiyalar Parkı Rusiyanın paytaxtında keçirilən “MosBuild 2019” sərgisində iştirak edir.

Əsas məqsəd “Made in Azerbaijan” brendini təmsil etmək və Rusiya bazarında yeni müştərilər cəlb etməkdir. Sayca 25-inci olan builki Beynəlxalq Sərgi Rusiyanın ən çox iştirakçı və ziyarətçi cəlb edən tikinti və inşaat sərgisi hesab olunur. Belə ki, Moskvanın “Crocus Expo” kompleksində təşkil olunan tədbirdə ümumilikdə 1200 iştirakçı öz məhsullarını nümayiş etdirir. Məlumat üçün bildirək ki, ötən il 65 mindən çox insan sərgini ziyarət etmişdi.

Sərgidə “Made in Azerbaijan” brendinin layiqli təmsilçisi olaraq Texnopark bu brend altında istehsal etdiyi müxtəlif çeşidli məhsullarını nümayiş etdirməkdədir. Sərgilənən kabellər, elektrik yuvaları, elektrik panelləri, plastik borular, fitinqlər və digər məhsullar müştərilərin bütün tələblərinə cavab verir. Belə ki, tədbir çərçivəsində STP əməkdaşları artıq bir sıra potensial müştərilərlə görüşlər keçirib, məhsulların ixracına və digər əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.

Sumqayıt Texnologiyalar Parkının bu sərgidə iştirakı İqtisadiyyat Nazirliyinin dəstəyi, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə reallaşıb.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Texnopark neft-qaz, enerji, kənd təsərrüfatı sahələri ilə yanaşı tikinti sektoruna da geniş çeşiddə məhsul və xidmətlər təklif etməkdədir. STP 22 dekabr 2009-cu ildə dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda müəssisədə mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »