Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti şirkətinin aldatdığı vətəndaşlar etiraz aksiyası keçirib – Video

Bu gün “GEN” MMC tərəfindən aldadılmış vətəndaşları Prezident Administrasiyasının (PA) qarşısında etiraz aksiyası keçiriblər.

Bizimyol.info xəbər verir ki, 12 ilə yaxındır evlərini tələb edən 300-dən çox zərərçəkmiş ədalətin bərpası üçün PA-ya müraciət ediblər.

Aldadılmış vətəndaşlar müraciətlərində onlara güzəştli şərtlərlə evin tikilib verilməsini xahiş ediblər: “Müraciətdə Bakı şəhərində 300 mənzilli yaşayış binasının inşa edilməsi üçün torpaq sahəsinin ayrılması və bununla bağlı sənədləşmə işlərinin görülməsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binasının layihəsinin hazırlanması və inşa edilməsilə bağlı müvafiq sərəncamın verilməsi, 300 mənzilli yaşayış binası üçün qoşulacaq kommunikasiyalara (Qaz, Elektrik, Su/Kanalizasiya, Rabitə/Telekommunikasiya və sair) dair texniki şərtlərin verilməsi, tikinti işlərinin aparılması üçün müəyyən ediləcək Podratçı/İnşaat Şirkətinə zərərçəkmişlər üçün yaşayış binasında kvadrat metrinin qiyməti 500 manat nəzərdə tutulması təklif olunub”.

Ramid İbrahimov

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »