Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan torpaqlarına daha bir iddia - Fotolar

Siyasi elmlər doktoru Sabir Məmmədli: “Samvel Karapetyan adlı tarixçi yeni kitabında Gəncədən Qazaxa qədər ərazilərimizə “iddialar”dan kitab yazıb”

Bizlər həmişə onun şahidi olmuşuq ki, ermənilər qonşuların torpaqlarına dair sərsəm iddialar ortaya atırlar. Elmi ictimaiyyət bu fikirlərə ciddi əhəmiyyət verməsə də, bu, müəyyən təbəqələrə, indiki faktla bağlı - Rusiya oxucusuna, xarici ölkələrin rusdilli auditoriyasına təsirsiz ötüşmür. Erməni araşdırmaçıların iddiaları bəzən əndişəni aşır”.

Bunu Bizimyol.info saytına açıqlamasında siyasi elmlər doktoru Sabir Məmmədli erməni “tarixçi”si Samvel Karapetyanın rus dilində çap etdirdiyi “Северный Артсах» («Şimali Artsax”) adlandırdığı kitabını şərh edərkən deyib: “Bu yaxınlarda erməni tarixçilərinin bu kimi "elmi əsərlərini" hətta Rusiyanın RENTV kanalının aparıcısı məsxərəyə qoymuşdu. Bu kitab haqqında mənə dostlar məlumat veriblər, onun üz qabığını və mündəricatını göndəriblər. Samvel Karapetyan adlı klassik sərsəm erməni tarixçisidir. Mündəricatdan aydın olur ki, kitab erməni sərsəmi olsa da əhatəlidir. Burada bizim rayonlar üzrə əksər kənd və qəsəbələrimizin tarixi saxtalaşdırılır. Özünü tarixçi adlandıran bu şəxs tarixi faktların əksinə olaraq hazırkı Gəncə şəhərini və ətrafını, Goranboy, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Aqstafa, Qazax rayonlarının ərazilərini “Şimali Arsax adlandırır” və bu ərazilərin tarixən güya ermənilərə məxsus olması haqqında həqiqətə uyğun olmayan fikirlər ortaya atıb”.

Sabir Məmmədli deyib ki, bu “tarixçi” hətta 20-ci yüzildə salınan kəndlərin də adlarını saxtalaşdırıb: “XIX əsrin 40-cı illərində salınmış rus kəndlərində, məsələn Novosaratovka, Novoivanovka və s. yaşayış məntəqələrində heç vaxt bir nəfər də olsun erməni yaşamayıb. Özünü tarixçi adlandıran bu şəxs Şəmkir rayonu ərazisində XIX əsrdə rus çar hökumətinin himayəsi ilə məskunlaşmış ermənilərin yaşadıqları Çardaxlı kəndinin, Gədəbəy rayonunun Başkənd kəndinin ərazilərini və ətraf bölgələri özünküləşdirməyə çalışır”.

“Azərbaycanın elmi və ya siyasi dairələrindən bu “kitab”a reaksiya verilibmi?” sualına cavabında Sabir Məmmədli deyib ki, bu, yeni məlumatdır və yəqin ki, tarixçilərimiz bu kitab haqqında yazacaqlar: “Bütün bu sərsəm fikirlərə əhəmiyyət verməmək də olardı, amma bu fakt bir daha onu göstərir ki, ermənilərin dişində şirə qalıb və onlar Azərbaycana qarşı daima çalışırlar. Xüsusilə onu demək istəyirəm ki, nə qədər biz sakit dayansaq, Qarabağı düşməndən qısa müddətdə azad etməsək, ermənilər öz azqınlıqlarını davam etdirəcəklər”

O zaman Azərbaycan Müdafiə Nazirliyini bu bölgədə rəsmən təmsil etmiş həmsöhbətimiz Sabir Məmmədli Başkəndlə bağlı məsələni və burada ermənilərin törətdiyi azğınlıqları da xüsusi vurğulayıb, Başkəndin azad olunması üçün aparılan uğurlu əməliyyata da toxunub: “Rus hökumətinin himayəsi ilə Gədəbəy rayonu ərazisində ermənilər Başkənd yaşayış məntəqəsi salmışdılar. 1930-cu illərə qədər bu kənd Gədəbəy rayonuna tabe idi. Sonralar bizim ağılsız rəhbərlərimizin razılığı ilə bu kəndin ərazisini Ermənistana verdilər və həmin kənd Ermənistanın Krasnoselsk rayonunun tərkibinə qatıldı. 1989-cu ildən başlayaraq ermənilər buranı quldur yuvasına çevirdilər və Gədəbəy, Tovuz rayonlarını təhlükə altındanda qoydular. Hələ milli ordumuz yaranmamışdı, ermənilər yolları kəsdilər, türk kəndlərinə hücum etməyə başladılar, dinc adamları öldürdülər, hətta bir maşında olan 6 nəfər dinc ahıl və orta yaşlı adamı diri-diri yandırdılar. Çox ağır vəziyyət yaranmışdı. Bütün vətənpərvər insanlar ayağa qalxdı. Gənclər, universitet tələbələri bizim rəhbərliyimiz altında rəsmi, könüllü dəstə yaratdıq və ermənilərə qarşı hərəkətə keçdik. Bir faktı qeyd edim ki, bütün rəhbər vəzifədə olanlar həmin vaxt bizə basqı edirdi ki, Başkəndə hücum etməyin, əgər hücum etsəniz beynəlxalq aləm qarışacaq, böyük problem yaranacaq və s. Buna baxmayaraq alay komandiri polkovnik Cahangir Rüstəmov və Müdafiə Nazirliyinin səlahiyyətli Nümayəndəsi sizin bəndəniz bütün məsuliyyəti üzərimizə götürərək Başkəndin azad olunmasına dair plan hazırladıq. 1992-ci il avqustun 6-8-də bizim ordu hissələrimiz böyük qəhrəmanlıq və rəşadət göstərərək erməni quldur yuvası olan Başkəndi azad etdik. Bütövlükdə 1100 hektar ərazini erməni qəsbkarlardan azad etdik və hazırda bu torpaqlar bizim nəzarətimizdədir”.

Sabir Məmmədli deyir ki, əməliyyatın ertəsi ün bütün xarici mətbuat bu haqda yazdı: “ABŞ-ın o zamankı Prezidenti Ata Corc Buş bunu öz məruzəsinə salmışdı. Rəhmətlik C.Rüstəmov mənə dedi: "Bizi işə saldın!" Cavab verdim ki, narahat olmayın, tarixən həmişə belə olub, səs-küy salıb sakitləşəcəklər. Bunu ona görə deyirəm ki, Qarabağa hücum əmri vermək üçün çox o yana-bu yana boylanmaq lazım deyil. Qqətiyyət çox şeyi həll edir. Hazırkı vəziyyətin uzadılması bizim ziyanımızadır”.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Putin silahlarla bağlı göstəriş verdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Prezidentin Qarabağla bağlı açıqlamaları mesaj xarakterli idi"
Son xəbərlər
Bütün xəbərlər »