Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məhbus sayının çox olması hakimlərin müstəqil olmamasına görədir”

Azərbaycan məhbus sayına görə dünyada ilk üçlükdədir

Fazil Mustafa: “Hakimlər icra hakimiyyəti orqanından asılı olduğuna görə, onların müstəqilliyini təmin etmək mümkün olmayacaq”

“Azərbaycanda məhbus sayının azaldılması üçün alternativ cəzalara üstünlük verilməlidir. Məhkəmələrin təcrübəsində bu cür cəza seçimi ona görə çox olmur ki, hakimlər müstəqil deyil. Onlara nə tapşırıq verilirsə, çox zaman onu yerinə yetirirlər”.

Bunu Bizimyol.info saytına açıqlamasında deputat Fazil Mustafa deyib. Avropa Şurasının aprelin 2-də yaydığı məhkumların sayı ilə bağlı illik statistik hesabatda Azərbaycan bu quruma daxil olan ölkələr arasında adambaşına düşən məhbus sayına görə ilk üçlükdədir. Hesabata görə, Azərbaycanda hər 100.000 nəfərə 235 məhkum düşür. Hesabatda o da qeyd olunur ki, Azərbaycan narkotik vasitələrlə bağlı cəzaların ən çox verildiyi ölkələr sırasındadır. Məhkumların 25%-dən çoxu bu tip cinayətlərə görə cəza çəkir.

Fazil Mustafanın fikrincə, məhbus sayının azaldılması üçün ilk növbədə narkomaniyaya qarşı mübarizə ciddi aparılmalıdır ki, narkotik vasitələrdən istifadənin sayı azalsın.

“Həqiqətən də Azərbaycanda həbsxanada daha çox bu motivli törədilən əməllərə görə məsuliyyətə cəlb edilən və cəza alan insanlar çoxluq təşkil edir. Ona görə də bu tendensiyanı dayandırmaq lazımdır. Həmçini bu əməli dekriminalziasiyasını həll etmək lazımdır. Çünki bu cür əməllərin tam şəkildə kriminal olması məhkəmə cəza təyin edərkən ciddi problemlər yaradır. Bu baxımdan məhkəmə-hüquq islahatları həqiqətən geniş səviyyədə aparılmalıdır ki, bu problemləri ortadan qaldırmaq mümkün olsun. Çünki məhkəmələrdə azadlıqdan məhrumetmə cəzaları çox verilir. Bəraət hökmü isə çox cüzi sayda çıxarılır. Alternativ cəzalar, alternativ qətimkan tədbirləri də məhkəmələrdə çox aktual deyil. Bunun səbəbi isə hakimlərin müstəqil olmamasındadır. Ona görə də islahatlarla hakimlərin müstəqilliyinə şərait yaradılmalı, onların siyasi və hüququ asılılığı azaltmaq lazımdır ki, müstəqil qərar versinlər. Müstəqil olsa, hətta ən vicdansız hakim belə baxacaq ki, burada alternativ cəza tətbiq etymək mümkündür və azadlıqdan məhrumetmə cəzasına ehtiyac yoxdur. Bunu etməyin yolları var və əgər bu istiqamətdə müsbət addım atılsa, problem çözülə bilər”.

Hakimlərin icra hakimiyyəti orqanı tərəfindən təyin edilməsi, həmçinin hakimlərin inzibati məsuliyyətinə nəzarət edən Məhkəmə-Hüquq Şurası sədrinin mərkəzi icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri) olmasının hakimlərin müstəqillik məsələsində əsas problem olması barədə çoxsaylı mülahizələr var. Deputat Fazil Mustafa da bu yanaşmanı doğru hesab edir. O bildirir ki, hakimlər icra hakimiyyəti orqanından asılı olduğuna görə, onların müstəqilliyini təmin etmək mümkün olmayacaq. Hakimlərin təyinatı ilə bağlı dünya təcrübəsinə gəlincə Fazil Mustafa bildirir ki, bunun çoxsaylı yolları var:

“ABŞ-da, Avropada çoxsaylı təcrübə var ki, hakimlərə həm yüksək maaş verirlər, həm də ömürlük seçirlər. Yalnız cinayət törətdiyi halda vəzifəsindən kənarlaşdırılır. Hakim də bilir ki, kimdənsə asılı deyil, ömürlük seçilib, ictimai qınağa tuş gəlməmək üçün heç baxt başqa əməl törətmir”.

Qeyd edək k, Avropa Şurasının illik hesabatında məhbus sayına görə ilk 2 yeri Rusiya (418.3) və Gürcüstan (252.2) tutur. Analoji rəqəm Ermənistanda 118.9-dur, bu isə 2016-cı illə müqayisədə 8.7 faiz azalma deməkdir. Adambaşına düşən ən az məhkum sayı San-Marino (17.9), Lixtenşteyn (31.5) və İslandiyada (46.4) qeydə alınıb.

2016-2018-ci illəri əhatə edən araşdırma 44 Avropa Şurası ölkəsinin verdiyi məlumatlara əsaslanır. Sənəd hazırlanarkən Albaniya, Belçika, Bosniya-Hersoqovina, Macarıstan, Malta, Ukrayna və Türkiyənin verdiyi məlumatlara istinad olunmayıb. Araşdırmaya əsasən, bu illər ərzində Avropa miqyasında məhkumların sayı 6.6 faiz azalıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »