Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Qran Prisinə alınan bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə bildirir ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçılar bu gündən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişə bilərlər. Bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2019 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

Paylaş »
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »