Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda uşaq qidasının içindən qum, daş, torpaq çıxıb - günahkar isə tapılmır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yayaraq bildirdi ki, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib.

Ardından isə məhsulun idxalçısı kimi adı hallanan "Veysəloğlu" MMC şirkəti məlumat yayaraq “Nutricia” şirkətinin məhsulu olan "Malyutka-2" uşaq yeməyinin ölkəyə idxalını dayandırdığını bildirdi. Məlumatda qeyd olundu ki, 1 noyabr 2018-ci il tarixindən "Nutricia" şirkəti ilə müqavilələrinə xitam verilsə də, o müddətdən etibarən başqa şirkət həmin məhsulu ölkəyə idxal etsə də qablaşdırmanın üzərində idxalçı şirkət olaraq "Veysəloğlu" MMC şirkəti göstərilib. Və məhz şirkətinin adının idxalçılıqdan çıxarılması üçün də "Nutricia" şirkətinə bir neçə dəfə xəbərdarlıq edildiyi qeyd olunub.

"Veysəloğlu" MMC-dən yayılan məlumatda o da öz əksini tapıb ki, şirkət "Nutricia" şirkəti ilə müqaviləsinə xitam verdikdən sonra ölkəyə həmin məhsulu "İDC-2000" MMC adlı şitkər həyata keçirdib və məhz onların, eləcə də "Nutricia" şirkətinin səhlənkarlığı nəticəsində "Veysəloğlu"nun işgüzar nüfuzuna xələl gəldiyi üçün də hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Malyutka – 2

Lakin Oxu.Az saytına müsahibə verən “Nutrica” şirkətinin rəsmi distribüteri olan “İDC-2000” MMC-nin direktor müavini Fuad Rzayev bildirib ki, KİV-də yayılan “Malyutka-2” uşaq qidası “İDC 2000” MMC-yə məxsus deyil:

"Həmin qablaşdırmanın arxa hissəsində məhsulun “Veysəloğlu” şirkətinə aid olduğu qeyd edilib. Ona görə də bu məhsulla bağlı yaranmış problemə görə “İDC 2000 MMC” şirkəti heç bir məsuliyyət daşımır”.

Qida Təhlükəsizlik Agentliyi (AQTA) isə məhsulun labaratoriyada olan nümunəsinin araşdırmalarının nəticələrini açıqlayıb. Məlum olub ki, sözügedən "Malyutka-2" məhsulunun içərisində olan yad cisim torpaq süxurları, qum və daş hissəcikləri imiş.

Həmçinin agentliyin yaydığı məlumatda məhsulun idxalını "İDC-2000" MMC şirkəti olduğu da öz əksini tapıb.

Bizimyol.info olaraq bütün bu proseslərə aydınlıq gətirilməsi üçün "İDC-2000" MMC-nin satış müdiri Xəyyam (soyadını təqdim etmədi) adlı şəxs isə açıqlama verməkdən imtina etdi və bildirdi ki, onlar bu barədə məlumat vermək istəmirlər.

Həmçinin şirkət rəsmisi qeyd edib ki, məsələ ilə bağlı məlumat verməsi üçün şitkərin hüquqşünası əlaqə saxlayacaq. Lakin iş gününün sonuna qədər gözləsək də, şirkət rəsmiləri məsələyə aydınlıq gətirmədilər.

Bizimyol.info

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »