Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan İstanbuldakı seçki ilə bağlı açıqlama - “Hər kəs həddini bilsin”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə səsləndirilən etirazlarla bağlı ilk dəfə danışıb.

“Qafqazinfo”nun xəbərinə görə, Ərdoğan seçki prosesinin bitdiyini, lakin bununla da məhkəmə prosesinin başladığını bildirib:

“Məhkəmə prosesində bu işin 3 mərhələsi var: Şəhər, rayon seçki qurumları və Mərkəzi Seçki Komissiyası (MSK).

MSK məhkəmə prosesinin demək olar ki, rəhbəridir. Yekun qərarı o verəcək”, - deyə prezident söyləyib.

Türkiyə prezidenti rəsmi Vaşinqtonun səslərin yenidən sayılmasına etiraz etməsinə də münasibət bildirib: “ABŞ da, Avropa da bilsin ki, Türkiyə bütün dünyaya demokratiya dərsini vermiş bir ölkədir. Hər kəs həddini bilsin. Onlar bizim kimi demokratiya mübarizəsini aparırlar?! Aparmırlar!”.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »