Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“NIKOIL Bank” tanınmış maliyyəçilərin iştirakı ilə “Sabahın Bankçılığı” forumu keçirəcək
“NIKOIL Bank” 6 aprel tarixində Bakı Konqres Mərkəzində “Sabahın Bankçılığı” adlı forum keçirəcək. Tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Belorusiya və Gürcüstandan və beynəlxalq maliyyə təşkilatlarını təmsil edən dünyaca nüfuzlu maliyyəçilər və bankirlər çıxış edəcək. Forumun əsas mövzusu maliyyə xidmətləri sektorunda baş verən beynəlxalq tendensiyaların müzakirəsidir.

Forum çıxışçıları aşağıdakı mövzular üzrə suallara cavab verəcəklər:

• Sabahın bankçılığından nələr gözlənilir?

• Rəqəmsal eranın əsas çənlikləri hansılardır, müəssisə və banklar onları necə həll edir?

• Dünya maliyyə bazarlarında baş verən dəyişikliklər yerli bazarlara necə təsir edir?

• Gələcəkdə müştəri təcrübəsi necə olacaq?

Tədbirin başlıca məqsədi “NIKOIL Bank”ın müştəriləri və tərəfdaşları üçün maliyyə xidmətləri sahəsində beynəlxalq təcrübə mübadiləsi etmək və dinamik dəyişilən xidmətlərə hazırlanmaqdır.

“NIKOIL Bank” Azərbaycanda əhali və müəssisələr üçün 25 ildir ki, xidmət göstərən maliyyə müəssisəsidir. Qabaqcıl beynəlxalq təcrübə əsasında dəyişilən və yenilənən bank ən yaxşı maliyyə xidmətləri əldə etmək istəyən hər kəsin bankına çevrilməyi hədəfləyir.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »