Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailənin tək uşağı olduğunu düşünən qadının 29 bacısı və qardaşı tapıldı - Fotolar

ABŞ-ın San-Fransisko şəhərində qadının həyatı 27 yaşı olanda büsbütün dəyişib. DNT-testdən keçən kaliforniyalı 29 bacısının və qardaşının olduğunu öyrənib.

Bizimyol.info xəbər verir ki, Şona Harrison biotexnologiya ilə məşğul olan şirkətlərdən birinin xidmətlərindən istifadə etmək qərarına gəlib. Məlum olub ki, atası onun bioloji valideyni deyil. Ertəsi gün Şona yeni qohumlarının birindən məktub alıb: “Biz, deyəsən, qohumuq. Ümid edirəm, səni qorxutmadım”.

Şona Harrison Şona Harrison (soldan birinci) bacıları ilə birlikdə

2,5 il ərzində Harrisonla 29 bacısı və qardaşı əlaqə saxlayıb. İndi onlar tez-tez görüşür və birlikdə vaxt keçirirlər. Şona deyir ki, bir çoxuyla lap möhkəm dostlaşıb. Məsələn, qardaşı Codi ilə.

Şona Harrison Şona Harrison (sağdan birinci) ailə üzvləri ilə birlikdə

Fevralda ABŞ-ın Feniks şəhərindən də oxşar xəbər gəlmişdi. 21 yaşlı qadın DNT-test nəticəsində bacısını tapmışdı. O, anasından atasının bioloji valideynlik imkanından məhrum olmasını öyrənəndən sonra xüsusi saytda yaxınlarını axtarmışdı.

Son xəbərlər
Bütün xəbərlər »